Accessibility links

FORUM: 2 aprel aksiyası barədə yaşadıqlarınızı, gördüklərinizi, mövqeyinizi bölüşün

Azərbaycanın müxalif siyasi partiyalarını, ictimai xadimlərini, ziyalılarını və çoxsaylı keçmiş deputatlığa namizədlərini birləşdirən İctimai Palata Bakının mərkəzi küçə və meydanlarında “İstefa”, “Azadlıq” şüarları ilə etiraz aksiyası keçirib. Paytaxtın mərkəzdəki küçə və meydanlarına, metro stansiyalarının çıxışlarına çoxsaylı polis dəstələri nəzarət etməsinə baxmayaraq etiraz aksiyası Fəvvarələr meydanından başlayaraq Sahil, 28 may, Nizami metro stansiyaları və Təzə bazar da daxil olmaqla bir neçə kilometrlik ərazini əhatə edib.

Aksiyada iştirak etdiniz? Gördüklərinizi və görmədiklərinizi bizimlə paylaşın. Aksiyada iştirak etmədiniz? Mövqeyinizi oxucularımızla bölüşün. Fikirləriniz videodan aşağıda ŞƏRHLƏR bölməsində yazın.

Xəbərlər Yenilənib: 02 Aprel 2011, Şənbə RSS

İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirib (VİDEO)

Paytaxtın mərkəzdəki küçə və meydanlarına, metro stansiyalarının çıxışlarına çoxsaylı polis dəstələri nəzarət etməsinə baxmayaraq etiraz aksiyası Fəvvarələr meydanından başlayaraq Sahil, 28 May, Nizami metro stansiyaları və Təzə bazar da daxil olmaqla bir neçə kilometrlik ərazini əhatə edib.

Yazını paylaş

İctimai Palatanın bəyanatından: "İctimai Palatanın Koordinasiya Şurası Azərbaycan iqtidarını prosesləri düzgün qiymətləndirməyə, yanlış və perspektivsiz siyasətindən əl çəkməyə çağırır. Hadisələrin inkişafının qarşısının alınması istiqamətində ilk addım olaraq mitinq və nümayişlərin keçirilməsi üçün normal yerlərin müəyyənləşdirilməsi ola bilər. İctimai Palatanın Koordinasiya Şurası bəyan edir ki, repressiya və zorakılığa baxmayaraq, 2 aprel mitinqinin qətnaməsində əks olunan tələblərin yerinə yetirilməsi məqsədilə kütləvi aksiyalar davam etdiriləcək”.

XS
SM
MD
LG