Ərəb ölkələrində davam etməkdə olan xalq qiyamları nəticəsində ABŞ-ın avtoritar rejimlərlə, o cümlədən Azərbaycanla münasibətləri Vaşinqtonda müzakirə mövzusu olub.Vaşinqton Postun nüfuzlu redaktoru Fred Hayt Klintonun çıxışlarına işarə edir. Xanım Klinton bildirib ki, "ABŞ avtoritar rejimlərə açıqlıq üçün təzyiq göstərəcək...Status-kvonu davam etdirmək artıq mümkün deyil."Fred Hayt sual verir ki, Azərbaycanda digər bir dünyəvi müsəlman diktator, seçkiləri saxtalaşdıranda və jurnalistləri həbs edəndə görəsən ABŞ ona status-kvonun davam edə bilməyəcəyini deyəcəkmi?
Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev eyni qəzetdə Fred Hayta cavabında Əliyevin 2008-ci il prezident seçkilərində kifayət qədər səs qazandığını, bunun onun iqtisadi inkişaf və demokratik islahatlar üçün ən layiqli lider olduğu barədə xalqın mövqeyini əksetdirdiyini deyib.
2000-ci ildə Azərbaycanda ATƏT-in seçki müşahidəçisi olan Pitçel Polman Yaşar Əliyevin məktubuna cavab olarak yazdığı və Postda dərc edilən məktubda ATƏT-in Azərbaycanda 2008 və 2010-cu il seçkiləri barədə hazırladığı hesabatların, demokratik seçki üçün lazım olan bəzi prinsipləri əksetdirmədiyini və demokratiya yolunda irəliləyiş üçün kifayət etmədiyini yazıb.
Siz nə fikirləşirsiniz?