Accessibility links

Əfqanistan parlament seçkilərinə dair 3000-nə yaxın rəsmi şikayət qəbul edilib


Dörd milyona yaxın vətəndaş əfqan parlamentinin aşağı palatasında 249 yer üçün namizədlərə səs verib

Əfqanistanda BMT-nin himayə etdiyi seçki komissiyası şənbə günü keçirilən parlament seçkilərindən 3000-nə yaxın rəsmi şikayət qəbul etdiyini bildirib. Seçki Şikayətləri Komissiyası bu gün bildirib ki, şikayətlərin 1300-dən çoxu seçkilər günündən bəri edilib. 1700-ə yaxın şikayət şənbə günü seçkilərindən əvvəl edilib. Seçki Şikayətləri Komissiyası şikayətlərin qəbulu üçün bu günün sonuncu gün olduğunu bildirib. Seçki üzrə rəsmilər bildirib ki, dörd milyona yaxın vətəndaş əfqan parlamentinin aşağı palatasında 249 yer üçün namizədlərə səs verib. Dünən prezident Həmid Karzayın sözcüsü seçkilərin keyfiyyətini qiymətləndirilməsinin hələ tez olduğunu deyib. Ölkə üzrə azı 22 insanın həlak olduğu və 280-dən çox yaraqlı hücumlarının qeydə alındığı bir vaxt seçicilər cəsarətlə səsvermə məntəqələrinə gediblər.

XS
SM
MD
LG