Accessibility links

Əfqanıstan parlamenti ABŞ-la strateji tərəfdaşlıq razılığını ratifikasiya edib


Əfqanıstan parlamenti Kabillə Vaşinqton arasında strateji tərəfdaşlıq razılığını ratifikasiya edib. 150-dən artıq qanunverici sazişə müsbət səs verib. Onun əleyhinə səs verənlərin sayı çox az olub.

Razılıq 2014-cü ildən sonra iki ölkə arasında təhlüksəzlik, iqtisadiyyat və iadarəçilik sahələrində əməkdaşlığı əhatə edir. Sənəddə Amerikanın Əfqanıstana hərbi deyil, digər sahələrdə yardım göstərəcəyi bildirilir.

Sazişə əsasən ABŞ Əfqanıstanda Əl-Qaidəya qarşı əməliyyatlar üçün təlim məqsədi ilə məhdud qüvvə saxlayacaq. Sazişin ratifikasiyası ABŞ-ın Əfqanıstandakı səfirliyi tərəfindən alqışlanıb.

Sənəd bu ayın əvvəllərində ABŞ və Əfqanıstan prezidentləri Barak Obama və Həmid Karzay tərəfindən imzalanıb.

XS
SM
MD
LG