Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzai bazar ertəsi Vaşinqtona səfər etdi


Əfqanıstan prezidenti Həmid Karzai ikitərəfli əlaqələrin yaxşılaşdırılması məqsədilə bazar ertəsi Vaşinqtona dörd günlük səfər edir.

Əfqanıstan prezidenti Həmid Karzai ilə ABŞ rəsmiləri arasında olan bir sira narazılıqlardan sonra prezident ikitərəfli əlaqələrin yaxşılaşdırılması məqsədilə bazar ertəsi Vaşinqtona dörd günlük səfər edib.

Kabinetinin on ikidən artıq üzvü ilə gələn cənab Karzai prezident ABŞ rəsmiləri tərəfindən bazar ertəsi paytaxtın yaxınlığında yerləşən hərbi hava quvvələri bazasında qarşılanıb.

Dövlət katibi Hilari Klinton cənab Karzai ilə danışıqlar aparmaqdan əvvəl bugün axşam prezidentə ziyafət verəcək. Cənab Karzai çərşənbə axşamı cənab Obama ilə görüşəcək.

Əfqan liderinə çox güman ki, idarəçilik və korrupsiyaya qarşı mübarizə məsələlərində təzyiq göstəriləcək. Bu həftə keçirələcək görüşlərdə doqquz illik müharibədə qiyamçılara qarşı mübarizə və cənab Karzainin sülhsevər Taliban üzvləri ilə dil tapmaq cəhdlərinin də müzakirələrin diqqət mərkəzində olacağı gözlənilir.

Bu, prezident Karzainin keçən il prezident seçkiləri zamanı Əfqanıstanda baş verən kütləvi saxtakarlıqlarda xarici dövlətləri və BMT-ni ittiham edərək, ABŞ rəsmilərini qəzəbləndirməsindən sonra ölkəyə ilk səfərdir.

XS
SM
MD
LG