Accessibility links

Əfqanıstanda 25 yaraqlı öldürülüb


Əfqanıstan rəsmiləri bildirib ki, beynəlxalq və əfqan təhlükəsizlik qüvvələri cümə və şənbə günü ən azı 25 yaraqlını öldürüb

Əfqanıstan rəsmiləri bildirib ki, beynəlxalq və əfqan təhlükəsizlik qüvvələri cümə və şənbə günü ən azı 25 yaraqlını öldürüb. Qoşunlar Helmand ərazisinin Sangin vilayətində 10 yaraqlını öldürüb və yüksək rütbəli Taliban komandiri Molla Məhəmməd Həsəni yaxalayıb. Nanqahar vilayətinin Surx Rod mahalında daha 8 yaraqlı öldürülüb və ikisi əsir alınıb. Dövlət rəsmiləri bildirib ki, son 24 saat ərzində Bağlan vilayəti daxil olmaqla ölkənin ayrı-ayrı hissələrində reydlər zamanı daha bir neçə yaraqlı öldürülüb. Daxili İşlər naziri deyib ki, yaraqlılar cümə günü Şərqi Qəzni vilayətində neft tankerini mühafizə edən 5 əfqan gözətçini qətlə yetirib. Nazir deyib ki, hökumət qüvvələri hücumda iştirak edən 6 yaraqlını öldürüb.

XS
SM
MD
LG