Silahlı şəxslər Əfqanıstanın Qəndəhar şəhərində həbsxana rəsmisini öldürüblər. Rəsmilər deyir ki, motosikletdə olan hücumçular odlu silahdan atəş açaraq Nəbi Gülü qətlə yetiriblər. Hücuma məruz qalan zaman rəsmi işə gedirmiş. Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Qəndəharda polis maşını yaxınlığında bombanın partlaması nəticəsində isə 3 nəfər həlak olub. Taliban bu hücuma görə də məsuliyyət daşıdığını bildirib. ABŞ hərbi rəsmiləri xəbərdarlıq edib ki, Qəndəhar və ətraf ərazilərdə zorakılıqlar Talibanı cənubdakı istehkamlarından qovmaq məqsədi daşıyan hərbi əməliyyatlar səbəbilə artıb. Qonşu Zabul vilayətində rəsmilər evi hədəf alan raket hücumu nəticəsində iki qız, bir oğlan və bir qadının həlak olduğunu bildirib.
Rəsmilər deyir ki, motosikletdə olan hücumçular odlu silahdan atəş açaraq Nəbi Gülü qətlə yetiriblər