Accessibility links

Əfqanıstanda iki partlayış olub


Partlayışlar nəticəsində iki adam həlak olmuş, 19 nəfər isə yaralanmışdır

Bu gün Əfqanıstanın cənubundakı Helmənd vilayətinin inzibatı mərkəzi Ləşgər Gahda təxminən eyni vaxta baş verən bomba partlayışları nəticəsində iki adam həlak olmuş, 19 nəfər isə yaralanmışdır. Helmənd vilayət idarəsinin sözçüsü Əhməd Davud bildirib ki, ilk partlayışda bir qız həlak olub və 14 nəfər isə yaralanıb. Əfqan rəsmiləri isə deyirlər ki, ikinci bomba məktəbin yaxınlığında partlaması nəticəsində bir Əfqan əsgər daxil olmaqla, 5 nəfər bədən xəsarəti alıb.

XS
SM
MD
LG