Accessibility links

Əfqanıstanda təyyarə qəzaya uğrayıb


Pamir Hava Yollarına məxsus layner 6 xarici daxil olmaqla 43 sərnişin daşıyırdı

Əfqan rəsmiləri deyir ki, bu gün yerli avia şirkətə məxsus təyyarə qəzaya uğrayıb. Rəsmilərin sözlərinə görə, Pamir Hava Yollarına məxsus layner 6 xarici daxil olmaqla 43 sərnişin daşıyırdı.

Bu gün Əfqanıstanın şimalındakı Kunduz vilayətindən havaya qalxan təyyarə paytaxt Kabilə istiqamət almışdı. Associated Press agentliyi bildirir ki, xilasedicilər Kabilin şimalında Hindi Kuş dağları boyunca qəzanın baş verdiyi Salanq aşırışı regionundadır.

Mətbuatda verilən məlumatlara görə, Əfqanıstanda təhlükəsizlikvəsəbəbilə ölkədə hava nəqliyyatı ən çox istifadə olunan vasitədir.

Əfqanıstan daxili işlər naziri Zemaray Bəşəri deyib ki, NATO qüvvələrindən pilotsuz təyyarlərdən istifadə etməklə qəzaya uğramış laynerin qalıqlarının tapılmasına yardım edilməsi xahiş olunub.

XS
SM
MD
LG