Accessibility links

"Əfqanıstandakı parlament seçkilərinin legitimliyi şübhə doğurur"


Əfqanıstanda seçkiləri müşahidə edən başlıca qrup - "Azad və Ədalətli Seçki Fondu" bu iddiadadır

Əfqanıstanda seçkiləri müşahidə edən başlıca qrup bildirir ki, dünən keçirilən parlament seçkilərinin legitimliyi şübhə doğurur. Əfqanıstanın Azad və Ədalətli Seçki Fondunun bildirdiyinə görə, əldə olunan bəzi saxtakarlıq şikayətləri səbəbilə seçkilərin keyfiyyəti ciddi narahatlıq yaradıb. Bununla yanaşı, NATO-nun başçılıq etdiyi beynəlxalq təhlükəsizlik qüvvələri bildirib ki, onlar seçkilərlə bağlı 300-dən çox zorakılıq faktı qeydə alıb. Əfqanıstanda Seçki Şikayət Komissiyası seçki məntəqələrinin gec açılması, seçici qeydiyyat kardlarından sui-sitifadə, seçici statusu olmayanların səsvermədə iştirakı, bülleten çatışmazlığı, bir seçicinin bir neçə dəfə səs verməməsi üçün barmağa vurulan mürəkkəbin keyfiyyətinin aşağı olması kimi qayda pozuntuları barədə şikayətlər aldığını bildirib.

XS
SM
MD
LG