Accessibility links

Böyük 20-lərin sammitində qlobal iqtisadiyyatın vəziyyətinin ölçülməsi yolları ilə bağlı razılıq əldə edilib (YENİLƏNİB)


ABŞ-ın Mərkəzi Bankının direktoru Ben Bernanke Böyük 20-lərin Paris sammitində
ABŞ-ın Mərkəzi Bankının direktoru Ben Bernanke Böyük 20-lərin Paris sammitində

Dünyanın iqtisadiyyatı inkişaf etmiş və sürətlə inkişaf etməkdə olan 20 ölkəsinin Parisdə keçirilən sammitində qlobal iqtisadiyyatın vəziyyətinin müəyyən edilməsi metodlarına dair razılıq əldə edilib. Böyük 20-lər hökumət borcu və büdcə defisitinin səviyyəsi, habelə, ticarət balansı və bu kimi kateqoriyaların qlobal iqtisadiyyatın vəziyyətinin müəyyən edilməsində aparıcı faktor kimi qəbul edib Lakin Böyük 20-lər Çinin standartlardan biri kimi onun xarici valyuta ehtiyatlarının indikator kimi daxil edilməsi haqda tələbini qəbul etməyib. Yeni qlobal iqtisadi böhranın qarşısını almaq üçün görülməsi lazım olan tədbirlərlə bağlı gərgin müzakirələr cümə günündən şənbə gününə qədər bütün gecə davam etdirilib. Çin Birləşmiş Ştatlardan sonra dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ikinci ölkəsidir..

XS
SM
MD
LG