Fransa rəsmiləri çərşənbə günü səhər saatlarında Parisdə insanların sıx toplaşdığı qatar stansiyasında bıçaqla silahlanmış hücumçunun 6 nəfəri yaraladığını bildirib.
Daxili işlər naziri Gerald Darmanin jurnalistlərə polisin hücumçunu güllələdiyini, onun hazırda xəstəxanada "ölümlə həyat arasında" olduğunu deyib.
Hücum Avropanın ən məşğul yerlərindən biri olan "Gare du Nord" stansiyasında baş verib.
Hücumun səbəbii məlum deyil. Rəsmilər cinayət işi açıldığını bildirib.