Accessibility links

Fransa hökuməti icazəsiz nümayişlərin qarşısını almağı planlaşdırır


Fransada hökumət-əleyhinə yürüşlər həftə sonu zorakılıqlarla nəticələndikdən sonra Fransa hökuməti icazəsiz nümayişlərin keçirilməsinin qarşısını almağı planlaşdırır.

“Sarı jilet” etirazçılarının bazar günü Paris boyu yürüşü dinc başladı. Lakin daha sonra zorakılıqlarla davam etdi.

Baş nazir Eduard Filip elan edilməmiş nümayişlərdə iştirak edən asayişi pozan şəxslərin hədəf alınacağını deyib.

“Biz daha çevik polis qüvvələri hazırlamışıq. Bu çox vacibdir. Təxminən 80 min polis zabiti olacaq. Şənbə günü sabitliyi qorumaq üçün Parisdə təxminən 5 min jandarm və polis olacaq və cinayət törədilərsə, həbslər və təqiblər də olacaq” – deyə Eduard Filip bildirib.

Baş nazir deyib ki, hökumət Fransada insanların nümayiş keçirmə hüquqlarını müdafiə etməlidir, qanunu pozanları isə cəzalandırmalıdır.

XS
SM
MD
LG