Accessibility links

Fransa Malidə bir əsgərin öldüyünü bildirir



Fransa Malinin şimalında bir əsgərin öldüyünü bildirir. Fransa silahlı qüvvələrinin açıqladığı rəsmi bəyanatda əsgərin yaraqlılara qarşı dağlıq bölgədə şənbə günü həyata keçirilnə hücum zamanı öldüyü deyilir.

Bu, Fransanın yanvarın 11-də Əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların ərazidən çıxarılması məqsədilə Maliyə müdaxiləsindən sonra ölən üçüncü əsgərdir.

Fransa silahlı qüvvələri şənbə günü aparılan döyüş zamanı 15 islamçı yaraqlının qətlə yetirildiyini bildirib.

Silahlı toqquşma Çad silahlı qüvvələrinin keçən il Əlcəzairdə qaz yatağında insan ölümülə nəticələnmiş girov böhranına görə məsuliyyəti öz üzərinə götürmüş Əl-Qaidə ilə əlaqəsi olan yaraqlı Muxtar Belmuxtarın Malinin şimalında qətlə yetirdiyini bildirməsindən sonra baş verib.

Çad ordusunun milli televiziya vasitəsilə yayımlanan bəyanatında Belmuxtarın şənbə günü Çad əsgərlərinin Malinin şimalında Əlcəzairlə sərhəd yaxınlığında yaraqlıların bazasına hücum zamanı öldürüldüyü deyilib. Onun qətli ilə bağlı məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XS
SM
MD
LG