Accessibility links

Fransada qadınlar seksual təcavüz əleyhinə etiraz aksiyası keçirib


Harvey Veynsteyn qalmaqalından sonra Paris və Fransanın digər 10 şəhərində yüzlərlə qadın seksual təcavüz əleyhinə etiraz aksiyası keçirib.

Parisdə qadınlar Respublika meydanına toplaşaraq minlərlə qadının məruz qaldığı seksual təcavüz və təhqirlər haqda hekayələrini bölüşdükləri “Metoo” həştəq yazılmış plakatlar tutub.

“Biz buna ümid edirik. Qadınların müstəqilliyi o qədər də çoxdan olmayıb. Tədricən biz cəmiyyətdə öz hüquqlarımızı əldə etməliyik və düşünürəm ki, bu gün qadınlar bərabər olduqları üçün və bərabər olduqları halda güclü olduqları üçün onlara başlarına gələn hadisələri danışmaq asan olur. Biz bu problemin üzərində birgə işləmək üçün hazırıq”, deyə nümayiş təşkilatçısı Karol Qaland bildirib.

Birləşmiş Ştatlar boyu “metoo” həştəqli kampaniyaya başlandıqdan sonra həştəq balancetoporc və ya həştəq squealonyourpig adlı bənzər kampaniya Fransa boyu yayılmağa başladı. Amerikada olduğu kimi Fransada da qadınlar onlara qarşı təcavüz edənlərin adlarını açıqlamağa və onları utandırmağa başlayıb.

Kampaniya başlayandan bəri prezident Emmanuel Makronun partiyasından bir qanunverici də daxil olmaqla, Fransada bir neçə məşhur hədəfə çevrilib.

1970-ci ildə 13 yaşlı qızı zorladığına görə Birləşmiş Ştatlarda axtarışda olan kino-rejissor Roman Polanski də hədəfə çevrilib.

Nümayişlər Marsel, Bordo, Lill və bir sıra başqa şəhərlərdə də keçirilib.

XS
SM
MD
LG