Accessibility links

Fransa prezidenti Çində səfərdədir


Fransa prezidenti Emmanuel Makron deyib ki, Çin və Avropa Pekinin “Kəmər və Yol" təşəbbüsü üzərində birlikdə işləməlidir. Bu layihə müasir İpək Yolunu inkişaf etdirmək üçün nəzərdə tutulub. Makron isə vurğulayıb ki, bu yol birtərəfli olmamalıdır.

Makron bazar ertəsi Çinə rəsmi səfərinə başlayıb. O Sianda qədim yolun başladığı nöqtə olan Terrakota Əsgərləri Muzeyini ziyarət edib.

Bizmesmenlər, akademiklər və tələbələr önündə çıxış edən Makron deyib ki, İpək Yolları “heç vaxt yəkcə Çinə aid deyildi.”

“Onlar keçdiyi hər ölkədə kəşfiyyat yolları olmalıdır, onlar vətəndaş cəmiyyətinin, istedadların, yenilik etmək imkanlarının yaranmasına səbəb olmalıdır. Bu yollar yeni hegemonluğun yolları olmamalıdır və keçdikləri yerləri vassallara çevirməməlidir,” deyə o bildirib.

Sianda üç gün keçirəndən sonra Makron və onun biznes icraçıları ilə rəsmilərdən ibarət deleqasiyası Pekinə səfər edəcək.

Makron Pekinlə terror və iqlim dəyişikliyi daxil olmaqla bir sıra məsələlərlə bağlı strateji əməkdaşlıq əldə etmək istəyir. O həmçinin Paris iqlim razılığının tətbiq olunması üçün Çin prezidenti Şi Tsinpini müttəfiq etməyə çalışır.

2013-cü ildə elan olunan Kəmər və Yol layihəsi Çin quru və su vasitəsilə Cənub-şərqi Asiya, Pakistan, Mərkəzi Asiya, eləcə də Avropa və Afrika ilə birləşdirməyə yönəlib.

Şi bu layihəyə 124 milyard dollar ayıracağını vəd edib. Qərb ölklələri isə bu layihənin Çinin firavanlıq yaymaq yerinə Pekinin nüfuzunu artırmaq üçün nəzərdə tutulduğundan şübhələnir.

XS
SM
MD
LG