Accessibility links

Fransa prezidenti Donald Trampa qarşı Avropanın müqavimətinə başçılıq etmək niyyətindədir


Fransa prezidenti Emmanuel Makron Donald Trampa qarşı Avropanın müqavimətinə başçılıq etmək niyyətindədir.

Makron Kanada görüşündən əvvəl Almaniya kansleri Angela Merkel, Britaniyanın baş naziri Tereza Mey və İtaliyanın yeni baş naziri Cuzeppe Konte ilə görüşə çağırıb.

Bəlkə təcrid olmaq Amerika prezidentini narahat etmir. Amma bizim 6 ölkə olaraq qalmağımız da bizi narahat etmir

Makron müxbirlərə deyib ki, ABŞ-ın davranışına Avropa cavab verməlidir.

Avropa liderləri ABŞ-ın polad və alüminiuma tariflərin tətbiqi, İranla nüvə və Paris iqlim sazişindən çıxmasını tənqid edib.

Makron deyib ki, "heç bir lider əbədi deyil. Bizdən uzaq olan öhdəlikləri qəbul edirik. Onları götürürük. Bu, millətlərin həyatıdır".

Fransanın dövlət başçısı səylərini dünən Kanadanın baş naziri Castin Trudo ilə keçirdiyi birgə mətbuat konfransında açıqlayıb.

Qeyri-adi kəskin tonla danışan Makron Amerikanın hegemonluğuna qarşı çıxıb.

"G6 ölkələrinin bazarı ABŞ bazarından daha genişdir. Bəlkə təcrid olmaq Amerika prezidentini narahat etmir. Amma bizim 6 ölkə olaraq qalmağımız da bizi narahat etmir" - deyə Fransa prezidenti əlavə edib.

XS
SM
MD
LG