Rusiya və Fransadan olan işçilər Rusiya üçün ən azı iki hücum gəmisi düzəltməyə hazırlaşırlar. Rusiya prezidenti Dmitri Medvedev telefon söhbəti zamanı fransalı həmkarı Nikola Sarkoziyə deyib ki, vertolyot daşıyan iki gəmi tenderində Fransa qalib olub. Rəsmilərin sözlərinə görə, Fransanın DCNS və Rusiyanın Vahid Gəmiqayırma Korporasiyası növbəti 4 il ərzində Fransada 1000 yeni iş yeri açacaq. Fransa bildirir ki, gəmi 900 adam, 6-ya yaxın vertolyot və onlarla hərbi maşın daşımaq qabiliyyətinə malik olacaq. Razılığa əsasən gələcəkdə Fransa Rusiya üçün daha iki gəmi düzəldə bilər.
Gəmilər 900 adam, 6-ya qədər vertolyot və onlarla hərbi maşın daşımaq qabiliyyətinə malik olacaq