İsrailə mühaciər son illər azalsa da, Fransa yəhudiləri bu tendensiyanı pozurlar. Keçən il 3300 yəhudi Fransadan İsrailə mühacirət edib. Bu rəqəm 2012-ci ilin göstəricilərində 63 faiz çoxdur.
5 uşaq atası, 44 yaşlı diş həkimi Deyvid Tibi Parisdə özünü inkişaf etdirə bilib və şəhər ətrafında özünə ev də alıb. Onun həyat yoldaşı həkimdir və Tibi burada Yəhudi icmasının üzvlərinə rəhbərlik edir.
Ancaq iyulun əvvəllərində Tibi ailəsi Fransanı tərk edən 1000 yəhudinin arasında olacaq. O, artıq evini satıb, ofisini isə həmkarları işlədəcək. Ailəsi İsrailə təktərəfli uçuş bilet alıb.
Ekspertlər deyir ki, Fransadakı yəhudiləri İsrailə köçməyə məcbur edən müxtəlif səbəblər var. Çoxlarının İsraildə ailələri var və məzuniyət və istirahət üçün oraya müntəzəm olaraq gedirlər. Fransada zəifləyən iqtisadiyyat və yüksək vergilər mühacirətə səbəb olan başlıca faktorlardandır. Keçən ay Fransada işsizlik 11 faizdən yuxarı qalxıb. Müqayisə üçün deyək ki, İsraildə bu göstərici 6 faizdən aşağıdır.
Fransadakı Yəhudi Agentliyinin direktoru Ariel Kandel deyir ki, anti-semitizm başqa bir səbəbdir. Onun sözlərinə görə, bu günlər Fransada yəhudi olmaq asan iş deyil, xüsusilə açıq şəkildə etiqadlarını ortaya qoyaraq başını bağlayanlar üçün.
Keçən il Fransadan rekord sayda – 3270 yəhudi İsrail mühacirət edib. Kandel inanır ki, rəqəm 4000-5000-ə çata bilər. “Hazırda İsrailə köçmək tendensiya halını alıb” – deyə Kandel bildirir.
Fransada təxminən 500 min yəhudi var. Bu Avropada yəhudilərin ən böyük icmasıdır. Tibinin ofisinin yanındakı parl şənbə günü sinaqoqdan sonar yəhudilərlə dolu olur.
Tibi deyir ki, Fransada qalan yəhudilər ya İsrail və yəhudi həyatına az bağlı olanlar ya da anti-semitizmə qarşı mübarizə aparanlar olacaq.
Tibi artıq seçimini edib və o Fransanı böyük ürək ağrısı ilə tərk etdiyini deyir.