Meksika rəssamı Frida Kalonun ən böyük sərgisi bu yaxınlarda Nyu-Yorkun Bruklin Muzeyində açılacaq. Bu, Birləşmiş Ştatlarda “Görünüşlər aldadıcı ola bilər” adlı möhtəşəm sərgi ikonik rəssama həsr olunub. May ayının ortasında açılacaq sərgidə Frida Kalonun əsərləri, şəxsi əşyaları, hətta paltarları belə nümayiş etdiriləcək.
Meksikalı rəssam Frida Kahlo yaşadığı dövrün social normalarına riayət etməyən bir sənətkar idi. həm moda ikonası, həm də qatı kommunist olan bu qadın əlil idi.
Bruklin Muzeyində açılacaq sərgidə sənətkarın Meksikadakı “Casa Azul” adlanan ev muzeyindən gətirilmiş müxtəlif şəxsi əşyaları və paltarları nümayiş etdiriləcək. “Casa Azul” muzeyinin icraedici direktoru Karlos Olmeda: “Görünür o, uşaq ikən çox ağır uşaq olub. Çünki o, çox müstəqil olub. O, oğlan paltarı geyinərək özbaşına evdən qaçar, bazara gedərdi. O, sosial sərhədləri aşmışdı.”
Frida Kahlo uşaqlıqda keçirdiyi poliomielit xəstəliyi səbəbindən əlil idi. O, rəssamlığa 25 yaşında, avtomobil qəzasından sonra uzun müddət yorğan-döşəyə düşəndə başlayıb.
Yaradıcılığının mərkəzində isə əsasən özü olub. Frida şəxsi portretini yaradanda əsas diqqətinı özünün qara, qalın qaşlarında cəmləşdirmişdi. Bruklin Muzeyinin kuratoru Lisa Small: “Özünün müxtəlif simalarını yaratmaq onun öz şəxsiyyətini müəyyən etməsində mühüm rol oynayıb. Bu gün biz onun çox müasir olduğunu düşünürük. Bu isə Frida Kahlonu maqnetik şəxsiyyət edir – hamı onu tanıyır, çoxları onun düşüncələrini və hisslərini paylaşır.”
Nyu-York şəhəri Frida Kahlonun həyatının böyük hissəsi idi. İlk dəfə Nyu-Yorka o, 1931-ci ildə gəlmişdi. Onun həyat yoldaşı, rəssam Diyeqo Revera bu şəhərə yeni inşa edilmiş Rokfeller Mərkəzində freskalar çəkmək üçün dəvət olunmuşdu. Bruklin Muzeyinin kuratoru Katrin Morris: “O, Nyu-Yorku müxtəlif səbəblərdən sevirdi. O, filmləri - Kinq-Konqu, şəhərdəki muzeyləri və teatrları sevirdi. Dəfələrlə Harlemə getmişdi. Lakin o, bu şəhərdə “Böyük Depressiya” dövründə gəlirdi. Axşamlar o, Rokfellerlə şam edər, səhərlər isə çörək növbəsində dayanardı.”
Frida Kahlo qeyri-adi, qəngarəng, Meksikanın ənənəvi paltarlarını geyinərdi. O, həm ətrafdakıları təəccübləndirmək, həm də əlilliyini gizlətmək istəyirdi. Avtomobil qəzasından sonra keçirdiyi dəhşətli ağrıları azaltmaq üçün o, həmişə karset geyinərdi. “İnsanlar çox vaxt onun çox zəif və sınmış bir şəxs olduğunu düşünürdü. Lakin Frida Kahlo yəqin ki, çox güclü insanlardan biri idi. Onun fiziki məhdudiyyətliyi bizim sərginin əsas elementlərindən biridir. Əgər o əlilliyini gizlədirdisə, bunu özü üçün deyil, ona baxıb narahat olanlar üçün edirdi" - deyə, Katrin Morris bildirir.
Gözəllik, tərz və dünyaya unikal baxışı ilə qeyri-mükəmməl və məhdudiyyətli Fridanın işləri özü qədər heyrətamiz və misilsizdir.