Accessibility links

Çingiz Mustafayevin oğlu: Mənim qəhrəmanım atamdır [Müsahibə]


Fuad Mustafazadə
Fuad Mustafazadə

Azərbaycanın milli qəhrəmanı, mərhum Çingiz Mustafayevin oğlu, hal-hazırda Londonun Midle universitetində təhsil alan Fuad Mustafazadə ilə müsahibə.

please wait

No media source currently available

0:00 0:04:41 0:00



Fuad Mustafazədə atası Çingiz Mustafayev rəhmətə gedəndə cəmi 9 aylıq olduğunu və atası haqda əsasən ailəsi olmaqla, başqalarından eşitdiyini dedi. Fuad atası barədə eşitdiklərindən onun xüsusi bir insan olduğunu anladığını bildirdi. Yaşa dolduqca isə o, atasının çəkdiyi video-materiallar, hazırladığı reportajlarla yaxından tanış olduğunu və atasının ona ilham verdiyini, onu ruhlandırdığını dedi. Buna görə də Fuad atasını körpə ikən itirməsinə baxmayaraq, atasının həmişə onun yanında olduğunu düşündüyünü dedi.

Fuad Mustafazadə Çingiz Mustafayevin çox insanvərvər, vətənpərvər, xüsusilə də öz xalqını, öz millətini sevən, qürurlu və şərəfli bir insan olduğunu vurğuladı. Bütün bunlarla yanaşı o, atasının geniş dünya görüşü olan bir insan olduğunu dedi.

Fuad Çingiz Mustafayev kimi bir insanın oğlu olduğu üçün qürur hissi duyduğunu, hər bir insanın bir idealı olduğu kimi onun da idealının, onun qəhrəmanının atası olduğunu bildirdi.

Söhbətin sonunda Fuad insanları sevdiyini, dini və milliyyətindən asılı olmayaraq, atası kimi insanlara yardım etmək istədiyini dedi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG