Accessibility links

2018-ci il Beynəlxalq Futbol Çempionatının Rusiyada keçirilməməsinə çağırılır


Britaniyanın baş nazir müavini Nik Kleqq 2018-ci il Beynəlxalq Futbol Çempionatının Rusiyada keçirilməməsinə çağırıb.

Çağırış Ukrayna bğhranına görə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edilməsi çağırışları ilə eyni vaxt səslənib.

Lakin Futbol Assosiasiyası-FIFA çempionatın Moskvada keçiriləcəyini bildirir.

ABŞ-ın milli təhlükəsizlik müşavirinin müavini Ben Rods CNN telekanalına bildirib ki, ABŞ prezidenti Barak Obama ötən həftə Avropa liderləri ilə danışıqlar zamanı Rusiyanın enerji, silah və maliyyə sektorlarına qarşı məhdudiyyətlər planını müzakirə edib.

Cümə günü Avropa İttifaqının səfirləri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə dair razılıq əldə edib.

Sanksiyalar siyahısına Rusiyanın Kəşfiyyat Xidmətinin rəhbəri də daxil edilməklə 15 adam və 18 şirkət salınıb. Onların Qərbə səfəri və biznesləri qadağan edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG