Accessibility links

Güneyli fəal Süleyman Kazımi həbsxanaya köçürülüb


Süleyman Kazımi
Süleyman Kazımi

Siyasi fəal Süleyman Kazıminin 7 aylıq həbs hökmünün icra edilməsi üçün Əhər şəhərinin həbsxanasına köçürüldüyü bildirilir.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinə istinadən, milli fəal Süleyman Kazımi daha öncə Əhər İnqilab Məhkəməsinin 1-ci şöbəsinin verdiyi həbs hökmü əsasında fevralın 3-də Əhər həbsxanasına köçürülərək, 7 aylıq həbs hökmünün icrasına başlayıb.

Süleyman Kazımi İranın dövlət telekanalının “Fitilə” adlı proqramına qarşı İran Azərbaycanında 2015-ci ilin noyabr ayında keçirilən anti-irqçi etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

Türk fəalın apellyasiya məhkəməsinə şikayəti digər fəallar, o cümlədən Əkbər Əbulzadə, İbrahim Nuri, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur və Murtaza Şükri ilə bərabər Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən qəbul edilməyib, birinci məhkəmənin hökmü qüvvədə saxlanılmışdı.

Süleyman Kazımi Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərində aksiyalar zamanı 25 digər fəalla birgə saxlanılmışdı. Daha sonra həmin fəallar Əhərin İnqilab Məhkəməsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat apararaq, milli təhlükəsizliyə qarşı cinayət törətməyə təşəbbüs etmək” ittihamları əsasında mühakimə edilmişdilər.

2018-ci ilin sentyabr ayında 6 azərbaycanlı fəala ümumilikdə verilmiş 48 ay aylıq həbs cəzası ilə əlaqədar Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi birinci məhkəmənin verdiyi hökmlər təsdiqlənmişdi. Bununla, İbrahim Nuri və Əkbər Əbulzadə hər biri 10 ay, Hamid Allahverdi, Süleyman Kazımi, Murtuza Şükri və İsrafil Fəthullahzadə isə hər biri 7 ay azadlıqdan məhrum edilmişdilər.

Süleyman Kazımı daha öncə 2017-ci il 21 fevral tarixində Dünya Ana Dili gününü qeyd edərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Bununla yanaşı, o, 2017-ci ildə Babək Qalası yürüşü zamanı da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG