Accessibility links

Gürcüstan parlamenti yeni iclasına müxalifət nümayəndələri olmadan başlayıb


111

Gürcüstanın hakim Gürcü Arzusu partiyasının millət vəkilləri müxalifətin 31 oktyabr parlament seçkilərinin saxtalaşdırıldığını israr etməsi fonunda yeni parlament iclasına başlayıb.

Prezident Salome Zurabişvili 11 dekabrda yeni parlamentin ilk iclasını Gürcüstanın bütün siyasi qüvvələrini və bütövlükdə cəmiyyəti qarşıdurma mühitinə son qoymağa çağırış edərək açıb.

"Sonsuz təhqirlərdən və gürcü - qafqazlı davranışlara laqeyd olmaqdan bezmişik! Nifrət problemlərini həll etmək üçün milli enerjini səfərbər etməli olduğu bir zamanda ölkəni parçalanmış, həssas və zəif vəziyyətə gətirir" deyən Zurabişvili iclasda iştirak etməyən müxalifət partiyalarına xitabən deyib.

"İctimaiyyətin səbri tükəndi .... Müstəqilliyin bərpa olunmasından və Sovet imperiyasının süqutundan təxminən 30 il keçir və biz bir dövlət qururuq. Otuz il yetkinlik yaşıdır - həm insan, həm də dövlət üçün," - deyə o əlavə edib.

Bu arada isə isə müxalifət partiyalarından olan nümayəndələr parlamentin yaxınlığındakı Tələbə Gənclər Sarayının binasına toplaşıb.Orada onlar etiraz olaraq mandatlarından imtina etmək qərarlarını təsdiqləmək və seçki rəsmilərindən səsvermə nəticələrini ləğv etmələrini tələb etmək üçün ortaq bir memorandum imzalayıblar.

Mərkəzi Seçki Komissiyası milyarder Bidzina İvanişvilinin qurduğu "Gürcü Arzusu" partiyasının 48,22 faiz səs topladığını göstərən yekun nəticələri açıqlayıb. Vahid Müxalif Milli Hərəkat bloku isə səslərin 27.18-i əldə edib. Avropa Gürcüstanı partiyasının isə 3.79 faiz səslə üçüncü olduğunu elan edib.

Digər altı kiçik müxalifət partiyası da parlamentə mandat qazanmaq üçün 1 faiz həddi keçə bilib.

Müxalifət partiyaları seçkilərin saxtalaşdırıldığı iddia edir və 2021-ci ildə yeni seçkilərin keçirilməsini tələb edir.

Digər tərəfdən isə Hakim Gürcü Arzusu ilə müxalifət partiyaları arasında ABŞ və Aİ-nin vasitəçiliyi ilə aparılan dörd raundlu danışıqlar indiyə qədər heç bir nəticə verməyib.

ABŞ səfiri Kelli Deqnan dəvət olunmuş digər qonaqlarla yanaşı 11 dekabr parlament iclasında iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG