Accessibility links

Gəncə hadisələri ilə bağlı 4 iş məhkəməyə göndərilib


Gəncə şəhər İcra Hakimiyyəti

Gəncənin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib, daha 11 nəfər barəsində axtarış elan edilib. Bu barədə baş prokuror Zakir Qaralov yanvarın 4-də 2018-ci ilin yekunlarına həsr edilmiş əməliyyat müşavirəsində bildirib.

Onun sözlərinə görə, "radikal dindar" Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısına və polis əməkdaşına qarşı planlaşdırılmış terror aktı həyata keçirib. Konstitusiya quruluşunun dəyişdirilməsi cəhdi, terrorizm ittihamı ilə açılmış cinayət işi üzrə 18 nəfər - mütəşəkkil cinayətkar qrupun üzvləri məsuliyyətə cəlb edilib. Daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.

Bu iş üzrə cinayət əməllərində əli olan digər şəxsləri müəyyən edilməsi üzrə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir, deyə baş prokuror Zakir Qaralov bildirib.

Bundan başqa, Gəncədə Səfərovun "müdafiəsi üçün" iğtişaş təşkil edən 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Sözügedən cinayət işi çərçivəsində 36 nəfər barəsində materiallar (4 iş) artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digərləri barəsində istintaq davam etdirilir.

XS
SM
MD
LG