Accessibility links

Güneyli fəal Nadir Sadıqiyan 4 ay həbsə məhkum edilib


Nadir Sadıqiyan
Nadir Sadıqiyan

Oktyabrın 20-də Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılan siyasi fəal Nadir Sadıqiyan 4 ay həbsə məhkum edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Hakim Həmlbər tərəfindən 4 ay azadlıqdan məhrum edilən Sadıqiyanın 100 gün həbs müddəti 4 ilə qədər şərti olaraq dayandırılıb.

Günaz TV saytında dərc olunan məlumata görə, Sadıqiyan "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamından Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən suçlanıb. Bu hökm siyasi fəalın vəkilinə şifahi şəkildə çatdırılıb.

Ötən iyul ayında Təbrizdə keçirilən ərəblərə dəstək mitinqi ilə əlaqədar həbs edilən Sadıqiyan iki fərqli məhkəmədə iki ayrı ittihamdan mühakimə edilir. Noyabrın 1-də Təbriz Cəza Məhkəməsinin 111 saylı şöbəsində Azərbaycanlı fəal “sosial media vasitəsilə əhalini iğtişaşa dəvət etmək” ittihamından Hadi Şahabinin sədrliyi ilə mühakimə ediləcək.

İranın Xuzistan vilayətində su ehtiyatlarında yaşanan böhrana ərəb icmasının günlərlə davam edən etiraz aksiyasına Təbrizdə iyulun 24-də dəstək mitinqi keçirilmişdi və bir çox adi vətəndaş və milli fəal həbs edilmişdi. Bu mitinq ilə əlaqədar həbs edilən fəallara qarşı irəli sürülən məhkəmə prosesləri hələ də davam edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG