Accessibility links

G-20 sammitində iqlim dəyişikliyi və COVID-19 pandemiyası müzakirə olunur


İtaliyanın ev sahibliyi etdiyi G-20 sammitinə şənbə günü Romada start verilib. Dünyanın ən böyük iqtisadiyyatlarının dünya liderləri ortaq narahatlıq doğuran məsələləri, o cümlədən pandemiyadan sonrakı bərpanı və iqlim dəyişikliyini müzakirə ediblər.

Görüş Romanın Konvensiya Mərkəzi La Nuvolada keçirilib. Orada İtaliyanın Baş Naziri Mario Dragi ABŞ Prezidenti Co Bayden və digər dnüya liderlərinin sərt COVID-19 protokollrı çərçivəsində qarşılayıb.

Bu sammit liderlərin son iki ildə üz-üzə gəldiyi ilk görüşdür. Ötən il onlar Səudiyyə Ərəbistanının keçirdiyi virtual sammitdə iştirak etmişdilər. Bu ilki sammitd Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Şi Tsinpin və Meksika Prezidenti Andes Manuel Lopez Obrador iştirak etmirlər. Onlar, ölkələrindəki pandemiya durumu səbəbilə sammitə virtual şəkildə qoşulacaqlar.

Pandemiya ilə mübarizə və bərpa

Cümə günü Böyük İyirmilərin səhiyyə və maliyyə nazirləri rəsmi birlidirş yayaraq, pandemiyanı hər yerdə mümkün qədər tez bir zamanda nəzarət altına almağı vəd ediblər. Onlar deyib ki, G-20 Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələinə əsasən, 2021-ci ilin sonunadək dünya ölkələri əhalilərinin azı 40, 2022-ci ilin ortalarınadək isə 70 faizinə vaksin tətbiq etmək məqsədinə çatmaq üçün bütün lazımı addımları atacaq.

Lakin nazirlər ABŞ və İndoneziyanın təklifi ilə gələcək pandemiyalara hazırlıq görmək üçün ayrı maliyyə və koordinasiya mexanizmi üzərinə razılıq əldə edə bilməyiblər.

İqlim dəyişikliyi

Romada Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quttereş sammiti dünyü liderlərinin İtaliyadan sonra yola düşəcəyi Qlazqoda BMT-nin COP26 iqlim konfransından öncə “hər şeyi yerinə qoymaq” üçün bir fürsət adlandırıb.

“Belə bir ciddi risk var ki, Qlazqo sammiti heç bir nəticə verməyəcək. Hzırda ölkələrin müəyyən etdiyi ianələr, hökumətlərin rəmsi vədləri hələ də yer kürəsinin 2.7 faiz istiləşməsinə gətirib çıxarır,” Quttereş deyib.

Ölkələrin bu əsrin ortalarınadək sıfır emissiya hədəfinə çatmaq üçün emissiyaları azaltmaq vədləri verəcəkləri gözlənilir, lakin bəzi analitiklər heçç bir nəzarət mexanizmi olmayan bu könüllü vədlərə skeptik yanaşır.

“Vədlər olacaq, ən yaxşı halda Parisdə gördüklərimizə bənzər şeylər olacaq,” Amerika Sahibkarlıq İnstitutunun alimi Dalibor Rohak deyib.

Rohak əlavə edib ki, iqlim dəyişikliyi ilə bağlı hər hansı irəliləyiş əldə etmək üçün dünya konkret addımlar atmalıdır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG