Dünyanın sənayesi inkişaf etmiş səkkiz ölkəsinin xarici işlər naziri Yaponiyada təbii fəlakət və Liviyada vəziyyəti müzakirə etmək məqsədilə Parisdə danışıqlar aparır. Fransa Xarici İşlər nazirliyinin sözçüsü bildirib ki, iki gün sürəcək danışıqlar zamanı Yaponiyada zəlzələdən sonra atom elektrik stansiyalarına dəymiş zərərin miqyası ilə bağlı müzakirələr keçirəcək. Böyük Səkkizlərin xarici işlər nazirləri Yaponiyada bərpa səylərinin koordinasiya edilməsi məsələsini müzakirə edəcək. Britaniya, Kanda, Fransa, Almaniya, İtaliya, Rusiya və Birləşmiş Ştatların nümayəndələrinin iştikra etdiyi görüşə Yaponiyanın yeni təyin edilmiş xarici işlər naziri Takeaki Matsumoto da qatılıb. Paris görüşündə Liviyada böhrandan çıxış yolları da müzakiriyə çıxaralacaq.