Accessibility links

Gənc oğlanları qəzəbdən uzaqlaşdıran proqram [Video]


“Pneuma” (pnevma) sözü yunan dilində nəfəs və ruh deməkdir. Bu da Merilend ştatının Baltimor şəhərində yeni yaranan eyni adlı proqramın əsas fəlsəfəsidir. Pneuma məşq, yoqa və liderlik təlimlərini birləşdirən bir proqramdır. Bu layihənin arxasında ölümlə üzləşən gənc bir oğlanı qəzəbləndirən, daha sonra isə mərhəmətli və fəal olmasına gətirib çıxaran bir hadisə dayanır. Damion Kuper Project Pneuma-nı oğlanlara qəzəblərini cilovlamağı öyrətmək, eyni zamanda isə onları həyatdakı arzularına çatmağa ruhlandırmaq məqsədilə təsis edib.

Biz şagirdlərimizə onları fiziki baxımdan gücləndirəcək məşqlər etməyə imkan yaradırıq. Bəzən fiziki güc onların diqqətlərini toplamalarına yardım edir

İl boyu həftədə iki dəfə bu qrup Baltimor Polis Akademiyasına toplaşıb, Pneuma proqramında iştirak edir.

Bu oğlanların əksəriyyəti proqrama ona görə qoşulub ki, onlar məktəbdə diqqətlərini toplamaqda və ya impulslarını cilovlamaqda çətinlik çəkirdi.

Burada onlar məşq edir və onların qaysığına qalan böyüklərlə görüşürlər. Onlardan biri məktəb direktoru Nikomar Moslidir. O, proqramda könüllü olaraq işləyir.

“Biz şagirdlərimizə onları fiziki baxımdan gücləndirəcək məşqlər etməyə imkan yaradırıq. Bəzən fiziki güc onların diqqətlərini toplamalarına yardım edir”, deyə o bildirir.

Bəzi hərəkətlər isə nəfəs alıb-verməklə əlaqəlidir.

“Biz istəirik gənc oğlanlar başa düşsün ki, bəzən onlar impulsiv hərəkət etdiklərində, hərəkətlərinin nəticələri haqda düşünmürlər. Biz isə çalışırıq onların daha yavaş hərəkət etmələrinə yardım edək. Dərin nəəs almaqla bunu etmək mümkündür”, Damion Kuper söyləyir.

Bu isə onların qəzəblərini cilovlamalarını asanlaşdırır və onlara digərlərini bağışlamağı öyrədir. Pneuma-nın təsisçisi Damion Kuper deyir ki, onun bu dərsi öyrənməsi dörd il çəkib.

24 il öncə o, güllələnib. Güllə onun ürəyinə 2 santimetr yaxın bir yerə tuş gəlib. O, bu hadisədən sonra çox kədərlənib və qəzəblənib. Amma daha sonra bunu geridə qoymaq qərarına gəlib.

Mən həbsxanada könüllü iş görməyə başladım və daha sonra məlum oldu ki, özümün də xəbəri olmadan məni güllələyən gəncə məsləhətlər verərərk, yardım etmişəm. Bunu biləndən sonra mən həmin gənc oğlanı əfv etdim.

“Mən həbsxanada könüllü iş görməyə başladım və daha sonra məlum oldu ki, özümün də xəbəri olmadan məni güllələyən gəncə məsləhətlər verərərk, yardım etmişəm. Bunu biləndən sonra mən həmin gənc oğlanı əfv etdim”, Kuper deyir.

Project Pneumada iştirak edən uşaqlar əfv etmək üçün lazım olan gücü tapmağı öyrənir.

“Mənim yaxın dostlarım bu proqramda iştirak edib. Onlar həmişə mən onlara nə isə deyəndə mənimlə dalaşırdılar. İndi isə onlar o dərəcədə sakitləşib ki, onları itələsəniz belə sizə baxıb, sadəcə çiyinlərini çəkirlər”, deyə proqram iştirakçısı Nigel Kuper bildirir.

Proqram iştirakçıları 9 ilə 14 yaş arasında gənclərdir.

“Bu uşaqlar proqram daxilində nümunə kimi baxacağı böyük qardaş tapırlar. Bu da uşaqlar arasında liderlik qabiliyyətini inkişaf etdirir”, Nikomar Mosli söyləyir.

Pneuma həm də bu uşaqları icmalarını yaxşılaşdırmaqla bağlı aparılan müzakirələrə cəlb edir.

Proqramın nəticələri isə hələ ki, müsbətdir.

“Biz Pneuma Layihəsini başlayandan bəri, proqramda iştirak edən gənc oğlanların heç biri nə kənarlaşdırılıb nə də cəzalandırılıb”, Damion Kuper deyir.

“Bu proqram çox canlandırıcıdır. Mən burda olmağı sevirəm”, proqram iştirakçısı Virtue söyləyir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG