Accessibility links

Gürcülərin çoxu Stalini müdrik lider hesab edir [Video]


Gürcülərin çoxu Stalini dəstəkləyir
please wait

No media source currently available

0:00 0:03:33 0:00
Bu il Gürcüstanın məşhur, yaxud bədnam oğlu İosif Stalinin ölümünün 60 illiyi tamam olur. Amerikanın Səsinin müxbiri Ceyms Bruk Stalinin itkin düşmüş bürünc heykəlinin ölkədə doğurduğu qalmaqala nəzər salır.

20 milyon insanı edamlar, sürgünlər və süni aclıqlarla məhv etmiş İosif Stalin Sovet İttifaqını 30 il dəmir əllə idarə etdi. Lakin Gürcüstanın Qori şəhərində İosif Cuqaşvilinin şəhərin doğma övladı sayılır. Qorinin Stalin küçəsində Stalinin 4 yaşadək yaşadığı ev də muzey şəklində qorunub saxlanılır.

Stalin Qori şəhərinə gələn turistlərin ən çox maraqlandığı mövzudur.
Lakin Qorinin Stalinlə məhəbbət macərası üç il bundan öncə qalmaqalla üzləşdi.
Gürgüstanın qərbyönümlü Mixael Saakaşvili hökuməti məxfi şəkildə Qorinin mərkəzi meydanından Stalinin bürünc heykəlini yığışdırdı.

Amerikanın Səsi Stalinin heykəlini baxımsız, köhnə sənaye obyektində aşkar edib. Burada 6 metr hündürlüyündəki heykəl üzüüstə bir küncə atılıb.

Gigi Xidaşeli Stalinin pərəstişkarlarındandır. “Stalinin şəxsiyyəti bizə, Qori xalqına çox doğmadır. Bununla bağlı hərənin öz rəyi var, lakin Stalin burada doğulub, bura onun şəhəridir, onun ana vətənidir. Qoridə Stalinin heykəli mütləq olmalıdır.”

Heykəlin götürülməsindən sonra keçirilən etiraz aksiyalarına cavab olaraq Qori Şəhər Şurası heykəlin yenidən bərpa ediləcəyini bildirib. Stalinin ad günü dekabr ayının 21-dir və diktatorun heykəlinin Stalin muzeyinin bağçasında yerləşdiriləcəyi gözlənilir.

Ketino Axobadze 1978-ci ildən muzeydə işləyir. “Dünyanın hər yerindən, Polşadan, Amerikadan, Yuqoslaviyadan, Kolumbiyadan, Braziliya və Yaponiyadan, Çindən buraya turistlər gəlir. Demək olar ki, bütün ölkələrdən buraya insanlar gəlir.”

Digər gürcülər isə buna ticarət kimi baxırlar.

Tarixçilər Stalinin hakimiyyəti dövründə 700,000 gürcünün öldüyünü deyirlər. Onlar ya güllələnib, ya sürgün edilib, ya da II Dünya Müharibəsində ölüb.
Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Aleksandr Rondeli anasının əksər ailə üzvlərinin Stalinin hakimiyyəti dövründə öldürüldüklərini deyir. “Əgər mənə qalsa, mən oradakı hər şeyi məhv edərdim. Lakin çoxları Stalinin tarixi şəxsiyyət olduğunu deyir.”

Bu il keçirilən rəy sorğuları zamanı gürcülərin üçdə ikisi Stalinin “müdrik lider” olduğunu deyib. Oktyabr ayında gürcü xalqı yeni prezident seçəcək. Müxalifət tərəfdarları Stalinin heykəllərinin ölkə boyu ucaldığını deyirlər.

İstər uca heykəllə, istərsə də heykəlsiz buraya gələn xarici turistlər Stalin muzeyindəki eksponatlara baxarkən, burada vaxtın donduğunu deyir. Corc Martin adlı turist muzeydə bütpərəstliyin hökm sürdüyünü deyir. “O, Avropada faşizmə son qoydu, amma milyonlarla insanı öldürdü. Fikrimcə burada bir balans olmalıdır. Buradakı eksponatlar onu super qəhrəman kimi qələmə verir.”

Seçkilərdən sonra Gürcüstan hökumətinin çiyinlərinə Stalin muzeyinin müasirləşdirilməsi və Stalinin qurbanlarına bərabər yer ayrılması kimi vəzifə düşəcək.
XS
SM
MD
LG