Accessibility links

Rut Beyder Ginsburqun heykəli Nyu Yorkun Bruklin məhəlləsində ucaldılacaq


Ali Məhkəmənin vəfat etmiş hakimi Rut Beyder Ginsburqun heykəli Nyu Yorkun Bruklin məhəlləsində ucaldılacaq.

1933-cü ildə Bruklində anadan olan Ginsburq Mülki Azadlıqlar Həmkarlar İttifaqının qadın hüquqları ilə bağlı məhkəmə prosesini qazanaraq məhşurlaşmışdı.

ABŞ Ali məhkəməsinin uzun müddətli və yalnız ikinci qadın hakimi olmuş Rut Beyder Ginsburq cümə günü dünyasını dəyişib. Ginsburq bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məhkəmənin verdiyi məlumata görə, əzmli liberal və qadın haqlarının müdafiəçisi olan Ginsburq Vaşinqtonda öz evində və ailəsinin yanında vəfat edib. Onun 87 yaşı var idi.

Ginsburq 1993-cü ildən bəri Ali Məhkəmədə xidmət göstərirdi. Bəyanatda verilən məlumata görə, o, metastatik mədəaltı vəzi xərçəngi səbəbilə həyatını itirib.

Ginsburqun ölümü prezident Donald Trampa Ali Məhkəmədə mühafizəkarların üstünlüyünü artırmaq imkanı verir. Belə ki, Tramp seçkiyə yeddi həftə qala bir vaxt Ali Məhkəyə artıq üçüncü hakimi təyin edə bilər.

XS
SM
MD
LG