Accessibility links

Senat Goldman Sachs şirkətinin maliyyə böhranında rolu ilə bağlı dinləmələr keçirir


Şirkətin icraçı direktorları qanunvericilərin ABŞ-da daşınmaz əmlak bazarı tənəzzülə uğramağa başlayan vaxt onların dəyərini itirəcək investisiyalar satdığına dair ittihamlarına cavab verirlər.

Birləşmiş Ştatlar Senatının komissiyasının alt komitəsində Uol Stirin Goldman Sachs şirkətinin 2008-ci ildə maliyyə böhranında rolu ilə bağlı dinləmələr keçirilir.

Şirkətin icraçı direktorları qanunvericilərin ABŞ-da daşınmaz əmlak bazarı tənəzzülə uğramağa başlayan vaxt onların dəyərini itirəcək investisiyalar satdığına dair ittihamlarına cavab verirlər.

Komitədə keçirilən iclasa sədrlik edən demokrat Karl Levin deyib ki, gəlir əldə etmək əleyhinə heç bir qanun yoxdur. Lakin o, Qoldman Saksın dəyəri olmayan məhsullar satdığını bildirib.

Levin şirkətin müştəriləri özünün pul itirəcəyini düşünərək rədd etdiyi qiymətli kağızları almağa çağırdığı e-mailləri təqdim edib.

Goldman Sachs-ın baş icraçı direktoru Lloyd Blankfeyn bu ittihamları rədd edərək, şirkətin 1.2 milyard dollar itirdiyini bildirib.

XS
SM
MD
LG