Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi Azərbaycan vətəndaşının üzərindən gömrük nəzarətindən bəyan edilmədən keçirdiyi 17 ədəd kiçik ölçülü polietilen paketlərdə 571 ədəd müxtəlif həcmli qaşlar aşkar edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 96,072 karat olan brilyant qaşlardır.
Faktla bağlı araşdırma aparılır.