Accessibility links

Google cinsi bərabərliyi sual edən əməkdaşını işdən çıxarıb


ABŞ-ın texoloji nəhəngi Google şirkəti fəaliyyət göstərdikləri sənayedə cinsi bərabərlik proqramlarının yararlığını sual edən memo (işgüzar yazı növü) yazan kişi əməkdaşını işdən çıxarıb.

Ceyms Damor yazdığı uzun qeyddə bildirib ki, texnologiya sahəsində qadınların sayının az olmasının səbəbi, onların sosial və yaradıcılıq sahələrində işləməyə üstünlük vermələridir. Bunu “bioloji” səbəblərlə izah edən Damor, əlavə edib ki, kişilər proqramçı olmağa daha çox meyllidirlər.

Memo sosial mediaya sızdırılandan sonra çoxlu səs-küyə səbəb olub.

Onu qeyd edək ki, ABŞ-ın Əmək Nazirliyi Google şirkətində qadın və kişi əməkdaşlarına verilən məvaciblərdə bərabərsizliyin olub-olmadığını araşdırır.

Damor bildirib ki, o, Federal Milli Əmək Münasibətləri İdarəsinə Google ilə bağlı şikayət edib. Belə ki, onun dediyinə görə, şirkət onu işdən çıxarandan sonra ictimai şəkildə utandıraraq, susdurulmasına nail olmaq istəyir.

XS
SM
MD
LG