Accessibility links

Robin Uilyamsın intiharı 2014-cü ilin Google axtarış səhifəsində ön sırada yer alır


ABŞ-ın məşhur kino ulduzu Robin Uilyamsın intiharı 2014-cü ilin Google axtarış səhifəsində ön sırada yer alır.

Kaliforniya ştatının San Fransisko şəhəri yaxınlığındakı evində ölü tapılan aktyor özünü asmaqla intihar edib. Onun 63 yaşı var idi.

Google-da axtarış edilən ikinci mövzu Braziliyada keçirilən Beynəlxalq Futbol Çempionatı olub.

Siyahıda daha sonra Ebola virusu, Malayziya təyyarəsinin faciəvi qəzası və "Ice Bucket Challenge"-insanların İGD xəstəliyi ilə mübarizə məqsədi ilə vəsait toplanışı üçün buzlu suyu üzərilərinə tökməsi ilə bağlı məlumat yer alır.

2014- cü ildə ən çox axtarış edilən məlumatlar onluğuna İŞİD, "Frozen" cizgi filmi və Soçi Olimpiya Oyunları da daxildir.

XS
SM
MD
LG