Accessibility links

Goranboyda kişi 7 nəfəri öldürüb


Tüfəng
Tüfəng

Goranboy rayonunun Səfıkürd kəndində (Bakıdan 330 kilometr qərb) dəhşətli qətl hadisəsi baş verib. 7 nəfər öldürülüb, iki nəfər ağır yaralanıb.

Goranboy rayon prokurorluğundan Amerikanın Səsinə bildiriblər ki, qətl ailə münaqişəsi zəminində baş verib. Adı istintaqa bəlli olan şəxs həyat yoldaşını, qaynanasını və həyat yoldaşının digər ailə üzvlərini qətlə yetirib.

Hazırda prokurorluğun istintaq qrupu hadisə yerindədir.

Öz növbəsində Səfikürd bələdiyyəsindən Amerikanın Səsinə deyiblər ki, yaxın aylarda ailə həyatı qurmuş kənd sakini Rafiq Hüseynovun həyat yoldaşı küsərək ata evinə gedib. Bu zaman Rafiq oktyabrın 1-də gecə saat 4 radələrində həyat yoldaşının ata evinə ov tüfəngi və qumbara ilə hücum edib. O insanlar yataqda olduğu zaman evə qumbara atıb. Nəticədə evdə olan 7 nəfər ölüb (6 qadın, bir kişi), iki nəfər ağır yaralanıb. Ölənlərin biri 3 yaşlı uşaqdır.

Rafiq Hüseynov özü polis şöbəsinə gedərək təslim olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG