Pakistan hökuməti həbsdə olan keçmiş baş nazir İmran Xanın minlərlə tərəfdarının şəhərə daxil olmasının və onun azad edilməsi üçün mitinq keçirməsinin qarşısını almaq üçün Pakistan təhlükəsizlik qüvvələrinin əsas giriş yollarını bağladığı və mobil telefon siqnalını kəsdiyi bir vaxtda oktyabrın 5-dən başlayaraq İslamabadda ordu qüvvələrinin yerləşdirilməsinə dair göstəriş verib.
Daxili İşlər Nazirliyinin göstərişində deyilir ki, ordunun yerləşdirilməsi oktyabrın 15-də paytaxtda başlayacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 17-ci sammiti ərəfəsində təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.
Özünün və tərəfdarlarının siyasi motivli olduğunu iddia etdiyi çoxsaylı korrupsiya ittihamları ilə həbs edilən Xan, Pakistan Təhrik-i İnsaf (PTI) partiyasının fəallarından oktyabrın 4-də İslamabadın yüksək təhlükəsizlik zonasında etiraz aksiyası keçirmələrini istəyib.
İslamabad və ətrafında bir neçə etiraz aksiyası keçirilib və polisin bir neçə PTI fəalını həbs etdiyi bildirilir.
Xanın tərəfdarları onun PTI partiyasının idarə etdiyi Əfqanıstanla həmsərhəd olan ölkənin etnik puştunların yaşadığı Hayber Paxtunxva əyalətindən paytaxta gəlməyi planlaşdırdıqları üçün şəhərə aparan yollar və körpülər böyük yük konteynerləri ilə bağlanıb.
İslamabaddan kənarda, Xanın tərəfdarları oktyabrın 4-də Hayber Paxtunxva əyalətinin Svabi şəhərində toplaşaraq, əyalətin PTI rəhbəri Əli Əmin Qundapurun rəhbərliyi ilə İslamabada doğru yürüşə başlayıblar.
Əyalət rəsmilərinin sözlərinə görə, yürüş iştirakçıları paytaxta giriş yollarını bağlayan konteynerləri aradan qaldırmaq üçün ağır texniki avadanlıq əldə ediblər.
Daxili işlər naziri Möhsin Naqvi oktyabrın 3-də axşam saatlarında mediaya deyib ki, hakimiyyət Xanın tərəfdarlarına “İslamabada basqın etməyə” imkan verməyəcək.
Forum