Accessibility links

Ekran qarşısında uzun müddət olan uşaqlar təhlükə ilə üzləşir [Video]


Ekran qarşısında uzun müddət olan uşaqlar təhlükə ilə üzləşir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Əgər kompüter qarşısında çox vaxt keçirirsinizsə, çox guman ki, gözləriniz yorulur. Bu ona göstədir ki, kompüterə çox baxmaq gözlərin quruluğuna səbəb olur. Gözlərdə quruluq problemi video oyunları oynayan və online-da çox olan uşaqlar və gənclərdə getdikcə artmaqdadır. Bu, gözün zədələnməsi deməkdir.

Uşaqlar mobil telefonlara, planşetlərə, ümumiyyətlə ekranlı elektron cihazlara çox aludə olub. Problem isə bunun gözə mənfi təsiridir. Aston universitetinin professoru Ceyms Volfson: “Biz uşaqlar da daxil olmaqla, rəqəmsal cihazlar, planşetlər, smartfonların ekranlarına çox baxanlarda gözdə quruluğun şahidi oluruq.”

Göz yaşının tərkibində yağ var. Bu, YouTube videosunda həkim göz qapağındakı yağ qatını göstərir. “Gözün yağ qatındakı yağ yalnız ağlayarkən deyil, həmişə ifraz edilir. Bu, insan saçından on dəfə nazikdir. Lakin bu yağ olmasa insan ümumiyyətlə görə bilməz” deyə, professor Ceyms Volfson bildirir.

Əyləncə və ya dərs səbəbilə ekranlar qarşısında uzun müddət olan uşaqlar təhlükə ilə üzləşir. “Kompüter ekranına çox diqqətlə baxanda siz gözlərinizi daha az qırpır və qırpanda da yarımçıq qırpırsınız. Bu isə gözün zədələnməsinə səbəb olur.”

Göz yaşları ifraz olunmur. Onlar buxarlanır və göz yaşından qalan duz gözü zədələyir. Lakin indi quru gözlərə diaqnoz qoyan App var. Londonda nümayiş etditilən bu App bir neçə sadə suala cavab verməklə sizin gözünüzü qırpmadan ekrana nə qədər baxa biləcəyini təyin edir. “Biz əslində potensial problem yaradan texnologiyadan istifadə edirik. Bu texnologiyadan çox istifadə, bizə diaqnoz qoymağa imkan verir.”

Bu Applikasiyadan gözün quruluğunu yoxlamaq üçün istifadə edilir. Lakin həkimlər bu proqram olmadan belə, sizə və uşaqlarınıza kompüter və ya planşetdən istifadə edərkən, gözlərinizi tez-tez və tam qırpmağı tövsiyə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG