Accessibility links

Yunanıstan qatar qəzasının baş verdiyi yerdə axtarışı yekunlaşdırır


Yunanıstanda iki qatarın toqquşması nəticəsində baş verən qəza səbəbilə istintaqa cəlb olunan stansiya rəsinini təmis edən vəkil Stefanos Pantzartzidis məhkəmə binası qarşısında jurnalistlərin suallarını cavablandırır. Larissa, Yunanıstan. 4 mart, 2023.
Yunanıstanda iki qatarın toqquşması nəticəsində baş verən qəza səbəbilə istintaqa cəlb olunan stansiya rəsinini təmis edən vəkil Stefanos Pantzartzidis məhkəmə binası qarşısında jurnalistlərin suallarını cavablandırır. Larissa, Yunanıstan. 4 mart, 2023.

Xilasedicilər şənbə günün Yunanıstan tarixindəki ən pis qatar qəzasının baş verdiyi yerdə dağıntılar arasında axtarışı davam etdirib. Onların axtarış əməliyyatlarını günün sonunda başa çatdıracaqları gözlənilirdi.

Çərşənbə axşamı Yunanıstanın mərkəzində 350 insanı daşıyan sərnişin qatarının eyni relsdə hərəkət edən yük qatarı ilə toqquşması nəticəsində ən azı 57 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Bu faciə ölkə boyu qəzəb və etirazlara, habelə dəmiryolu sistemində təhlükəzlik standartlarına kəskin diqqət yetirilməsinə səbəb olub.

Yaxınlıqdakı Larissa şəhərində qəza zamanı növbətçi olan stansiya rəisi bu həftə həyatları təhlükəyə atmaq və ictimai nəqliyyatı pozmaqda ittiham olunub. Yunanıstan qanunu altında adı açıqlanmayan stansiya rəisi şəngə günü hakim qarşısına çıxıb.

Onun vəkilləri Stefanos Pantzartzidis ittihamlara cavabv ermək üçün əlavə 24 saat tələb edib və məsələ ilə bağlı yeni məlumatların üzə çıxmasından sonra əlavə vaxt istədiyini etdiyini deyib.

“Biz yaxın zamanadək bundan xəbərdar edilməmişdik,” o deyib və əlavə edib ki, yeni məlumat əlavə zaman tələb etdirəcək qədər mühümdür. O, təfərrüat paylaşmayıb.

İnsanlar məhkəmə binasının önünə çiçəklər və şamlar qoyub. Baş Nazir Kiriakos Mitsotakisin hökuməti fəlakətin səbəbini insan səhvi ilə əlaqələndirib. Dəmiryol işçilərinin həmkarlar ittifaqları həmçinin bildirirlər ki, bütün dəmir yolu şəbəkəsində əksik təhlükəsizlik sistemləri və kadr çatışmazlığı geniş yayılıb.

Afinadan ölkənin şimalında Tessaloniki şəhərində doğru istiqamət alan qatar həftəsonu tətilindən dönən tələbələrlə dolu idi.

Polis bildirib ki, qohumları tərəfindən itkin olduğu bildirilən 56 nəfərdən 54 cəsədin şəxsiyyəti müəyyən edilib. Kimliklərin əksəriyyəti qəzanın şiddəti səbəbilə DNT testi ilə müəyyən edilib. 57-ci cəsəd hələ ki, müəyyən edilməyib, çünki heç kəs hələ ki, DNT nümunəsi verməyib.

Ölən şəxslərin ailələri ədalət axtaracaqlarına söz veriblər.

“Bu, çox çətin bir vəziyyətdir,” bir qohum Yunanınsranın Skari radiosuna bildirib. “Biz [hüquqi baxımdan] necə irəliləyəcəyimə baxacağıq, biz neç nəyi boş verməyəcəyik, ailələrin tələbi odur ki, onlar cəzasız qalmasın.”

Dəmiryol işçilərinin həmkarlar ittifaqı çərşənbədən bəri 24 saatlıq tətillər keçirib. Onlar cümə günü tətilləri 48 saat uzadıb və hökumətdən təhlükəsizlik protokollarının icrası ilə bağlı bir qrafikin irəli sürülməsini tələb edirlər.

XS
SM
MD
LG