Çərşənbə axşamı Yunanıstan, Türkiyə və Bolqarıstanın bəzi bölgələrində baş verən güclü leysan yağışları yağıb və üç qonşu ölkədəki xilasetmə qruplarının daha dörd cəsəd aşkar etməsi ilə ölənlərin sayı 11-ə çatıb.
Türkiyənin şimal-qərbində, Bolqarıstanla sərhədə yaxın düşərgədə baş verən daşqın nəticəsində azı dörd nəfər ölüb. Onlardan ikisi çərşənbə günü tapılıb. Xilasedicilər düşərgədə itkin düşdüyü deyilən iki nəfərin axtarışını davam etdirir.
Çərşənbə axşamı fırtınasının bir neçə məhəllədə yüzlərlə evi və iş yerini su altında qoyduğu Türkiyənin ən böyük şəhəri İstanbulda da iki nəfər ölüb.
İstanbulda həlak olanlar arasında 32 yaşlı Qvineya vətəndaşı da var. Türkiyənin HaberTürk telekanalı onun aztəminatlı Küçükçekmece səmtindəki zirzəmidəki mənzilində qapalı qaldığını bildirib. DHA özəl xəbər agentliyinin verdiyi məlumata görə, başqa bir məhəllədə isə 57 yaşlı qadın sel sularının altında qalaraq, həyatını itirib.
İstanbul qubernatorluğundan verilən məlumata görə, daşqın suları şəhərdə 1750-dən çox ev və müəssisəyə ziyan vurub. DHA xəbər verir ki, daşqın İkitelli rayonunda park edilmiş avtomobilləri və palçığı mebel mağazalarına sürükləyərək, malları məhv edib.
Türkiyə mediası xəbər verir ki, daşqınlar şəhərin kənarındakı konteynerlər və yük maşınları üçün park sahəsini də əhatə edib.
Yunanıstanın mərkəzi Volos şəhəri yaxınlığında rekord səviyyədə yağan yağış azı iki nəfərin ölümünə səbəb olub və üç nəfərin itkin düşdüyü bildirilir.
Rəsmilər çərşənbə günü Volosda, yaxınlıqdakı Pilion dağlıq bölgəsində və bir çox ev və təsərrüfatın işıqsız qaldığı Skiatos kurort adasında nəqliyyatın hərəkətini qadağan edib. Fırtınaların ən azı cümə axşamı günortaya qədər davam edəcəyi proqnozlaşdırılır.
Bolqarıstanda fırtına ölkənin cənub Qara dəniz sahillərində daşqınlara səbəb olub. Çərşənbə günü itkin düşən turistin cəsədi dənizdən çıxarıldıqdan sonra ölənlərin ümumi sayı üçə çatıb. Sərhəd polisinin gəmiləri və dronları hələ də itkin düşmüş hesab edilən daha iki nəfəri tapmaq üçün səylərini davam etdirir.
Forum