Yaşıl Planet sağlam planet deməkdir.
Nyu-York və Qrenlandiya təhqiqatçıları böyük buzlağın son 15 ildə geri çəkilməsi səbəbini araşdırır və onlara bu araşdırmada suitilər də yardım edir. İnsanların yaxınlaşa bilmədiyi Qrenlandiyanın İllisat buzlaqlarından olan Cakobsan buzlağına yalnız Ringed suitiləri yaxınlaşa bilir.
Nyu-York universitetinin riyaziyyat üzrə professoru David Hollan bu suitilərin 500 metr dərinlikdə üzə bildiyini deyir. “Onlar suyun üzərindən dənizin dibindəki ilıq yerlərə qədər gedə bilir. Bizə orada nə baş verdiyini bilmək vacibdir.”
Suitlərə suyun dərinliyi və temperaturunu ölçən cihazlar bağlanır. “Su ilıqdırsa, buzlar çəkilməyə və əriməyə başlayır. O zaman dəniz səviyyəsi qalxır” deyə, professor bildirir.
Professor Holland deyir ki, yüz il müddətində Qrenlandiya və Antarktidada buzlar ərisə və dəniz səviyyəsi bir metrə qədər qalxsa, bu, Nyu-York şəhəri də daxil edilməklə, sahilyanı şəhərlərə böyük ziyan vura bilər.