Accessibility links

Amerika 11 senyabr hadisələrini yad edir


ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obama bu gün Ağ Ev önündə Nyu York və Vaşınqton şəhərlərində baş vermiş 11 sentyabr hadisələrini bir anlıq sükutla anacaq.

Obama ailəsi 2001-ci ildə baş vermiş hadisə ilə bu gün eyni vaxtda, yerli vaxtla 8.45-də ilk iki təyyarənin Nyu York şəhərində Dünya Ticarət Mərkəzinə çırpılması video yazısını izləyəcək. Bundan sonra onlar üçüncü təyyarənin çırpıldığı Pentaqonda bunabənzər anım mərasimi keçirəcək.

Ötən illərdə olduğu kimi Dünya Ticarət Mərkəzində həlak olan insanların ailə üzvləri ilk hadisənin baş verdiyi Ground Zero-da hadisə qurbanlarının adlarını çəkəcəklər. Lakin əvvəlki müşahidələrdən fərqli olaraq dövlət rəsmilərindən heç kim Ground Zero mərasimində iştirak etməyəcək .

Vitse-prezident Co Bayden dördüncü təyyarənin düşdüyü Pennsilvaniya ştatının Şanksvil şəhərində keçirilən mərasimdə iştirak edəcək. Təyyarədəki sərnişinlər Vaşınqton şəhərində başqa mövqeni hədəf almağa çalışan terrorçu pilot ilə mübarizə nəticəsində dördüncü təyyarəni Pensilvaniya ştatının Şanksvil şəhərinə yönəldə bilmişlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG