Dünya benzinlə işləyən maşınların sonuna yaxınlaşır. Bunun yaxın onillərdə olacağı gözlənilməsə də, əvvəl-axır bu, baş verəcək. Alternativ enerjiylə işləyən maşın sahəsindəki iki yenilik texnologiyanın avtomobil bazarına dəyişiklik gətirdiyinə işarə edir.
Qahirənin Helvan universitetinin tədqiqatçıları əlil tələbələrə universitetin həyətində rahat hərəkət edə bilmələri üçün bir maşın düzəltmək istəyirdi.
“Biz bazarda nəyin mövcud olub-olmadığını araşdırmağa başladıq və elektrikli və adi əlil arabalarının olduğunu aşkar etdik. Amma bu arabalar insanların uzun məsafəli yolları getmələrinə imkan vermir”, deyə komanda lideri Əhməd Adil Ləbib bildirir.
Uzaqdan idarə olunan, günəş enerjisi ilə işləyən bu maşın isə həmin problemi həll edir.
“Biz üç təkərli maşın düzəltməyə qərar verdik. Onlar bu maşınla uzun məsafələri qət edə bilər. Onların bu maşını idarə etmək üçün heç kimin yardımına ehtiyacaları olmayacaq. Maşının sürəti saatda 55 kilometrə çatır. Bu sürət, xüsusulə də, Misir üçün çox münasibdir”, Ləbib deyir.
Misirli komanda indi maşınlarının kütləvi istehsalı üçün ianə toplayır.
Sükanı motosiklet ruluna bənzədərək, biz sərnişinlərin skuterdəki kimi daha şaquli oturmalarını təmin edə bildik. Bu isə bizə maşınların uzunluğunu təxminən 60 santimetr qısaltmağa, çəkisini isə 270 kiloqram azaltmağa imkan verib.Mark Frohnmayer
Bu arada isə ABŞ-ın Oreqon ştatında Arcimoto adlı maşın düzəldilib.
Bu, üç-təkərli elektrik maşındır.
“Düşündüm ki, biz effektivliyi və əyləncə baxımından motosikletə, amma imkanları və qapalı, sabit olması baxımından avtomobilə bənzəyən bir maşın düzəltsək, o zaman real məhsul hazırlamaq imkanımız yaranacaq”, deyə Arcimoto-nun prezidenti Mark Frohnmayer bildirir.
Bu, SRK adlanır və önümüzdəki aylarda bazara çıxarılacaq...
amma düzgün məhsulu hazırlamağa 10 il vaxt sərf olunub və bu zaman ərzində bir neçə prototip hazırlanıb.
“Sükanı motosiklet ruluna bənzədərək, biz sərnişinlərin skuterdəki kimi daha şaquli oturmalarını təmin edə bildik. Bu isə bizə maşınların uzunluğunu təxminən 60 santimetr qısaltmağa, çəkisini isə 270 kiloqram azaltmağa imkan verib”, Frohnmayer deyir.
Çəkinin azalması isə qiymətləri daha ucuz saxlamağa, yəni maşını təxminən 12 min dollara satmağa imkan yaradır. Bu həm də SRK-in saatda 136 kilometr sürətlə hərəkət edə bilməsinə gətirib çıxarır. Maşın 112 kilometrlik bir məsafəni qət edə bilir ki, bu da, bir çox insanı işə və ya mağazaya götürə bilmək üçün yetərli hesab olunur.