Accessibility links

BMT baş katibi: Milyonlarla insan Şimali Koreyanın nüvə təhlükəsi altında yaşayır


BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın sessiyasının açılışındakı çıxışında Şimali Koreyanın nüvə ambisiyalarının dünya üçün ən ciddi təhlükə olduğunu deyib.

“Bu gün silahların yayılması təsəvvür olunmaz dərəcədə böyük təhlükədir, tərksilah isə iflic vəziyyətindədir”, Quterreş bildirib.

“Milyonlarla insan Şimali Koreya Xalq Demokratik Respublikasının təhrikedici nüvə və raket sınaqlarının yaratdığı qorxu kölgəsində yaşayır. Mən bu sınaqları birmənalı şəkildə qınayıram”, ölkənin rəsmi adını qeyd edən Quterres bildirib.

BMT baş katibi Təhlükəsizlik Şurasında Pxenyana qarşı daha ciddi iqtisadi sanksiyaların tətbiq edilməsində nümayiş edilmiş birliyi təqdir edərək, sanksiyaların Şimali Koreya rəhbərliyinə “aydın mesaj” olduğunu deyib.

“Odlu-alovlu sözlər fatal anlaşılmazlıqlara gətirib çıxara bilər. Məsələnin həlli siyasi olmalıdır, indi dövlətçilik vaxtıdır, biz özümüzü müharibə yoluna sürükləməməliyik”, Quterreş bildirib.

Yanvar ayında baş katib vəzifəsinə gələn Quterreş dünyanın qarşılaşdığı bir sıra təhlükələri qeyd edib və problemlərin çoxtərəfli şəkildə həllinə çağırıb.

Yaxın Şərq, Afrika və Cənubi Asiyada çoxsaylı münaqişələri qeyd edən Quterreş deyib ki, bu münaqişələrdə “heç kim qalib gəlmir və cəmiyyətdə ən həssas insanlar nəyin bahasına olursa-olsun hərbi qələbəyə can atan döyüşçülərə görə ən böyük bədəli ödəyir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG