Accessibility links

Həbsxanada aclıq edənlərin aksiyanı dayandırdığı bildirilir


"Həbsdə olan bloqer Mehman Hüseynova dəstək olaraq aclıq edən bəzi siyasi məhbuslar yanvarın 23-dən aksiyanı dayandırıb."

Bu barədə həbsdə olan gənc fəallardan Qiyas İbrahimovun anası Şura Əmiraslanova bildirib.

Onun sözlərinə görə, Qiyas İbrahimov, Bayram Məmmədov və Əhsən Nuruzadə yanvarın 23-dən qida qəbul etməyə başlayıb.

Şura Əmiraslanova bildirib ki, aclıq aksiyasının dayandırılmasına səbəb onlara olan müraciətlərə, həm də Mehman Hüseynova qarşı yeni cinayət işinin icraatına xitam verilməsi ilə bağlıdır.

Eyni zamanda, İlkin Rüstəmzadə və Elçin İsmayıllının da aclıq aksiyası keçirdiyi bildirilirdi.

Rüstəmzadənin yaxınları da həbsdə olan fəalların hamısının aclıq aksiyasını dayandırdıqlarını bildirib.

Bayram Məmmədov və Əhsən Nuruzadə yanvarın 13-dən, Qiyas İbrahimov isə onlardan sonra aksiyaya qoşulmuşdu.

Penitensiar Xidmət aclıq aksiyası keçirilməsi ilə bağlı deyilənləri təkzib edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov heç kimin təcridxana və cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirmədiyini mediaya açıqlayıb.

​Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

O, dekabrın 26-dan etiraz olaraq aclığa başladığa başlayıb. Onun aksiyası geniş ictimai dəstək alıb.

​Nəhayət yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG