Accessibility links

5 ABŞ prezidenti Corc Buşa son ehtiramlarını bildirmək üçün bir araya gəlir


Həyatda olan beş Amerika prezidenti cümə günü 94 yaşında vəfat edən Birləşmiş Ştatların 41-ci prezidenti Corc Herbert Uolker Buşa son ehtiramlarını bildirmək üçün çərşənbə günü bir araya gəlir.

Sabiq prezidentlər Cim Karter, Bill Klinton və Barak Obama prezident Donald Trampla Vaşinqton Milli Kafedralında mərhumun oğlu və 43-cü ABŞ prezidenti Corc Buş oğulun atasının xatirəsinə həsr etdiyi çıxışını dinləmək üçün mərasimə qatılacaq.

Minlərlə insan ötən iki gün ərzində sabiq prezident Buşa ehtiramını bildirib. Mərasimdən sonra sabiq prezident Buşun cəsədi Texasın Hyuston şəhərinə aparılacaq.

Mərhumun cəsədi Texasın A&M Universitetində, prezident kitabxanası və muzeyində, bu ilin aprelində vəfat etmiş həyat yoldaşı Barbara Buş və 1953-cü ildə üç yaşında vəfat etmiş qızları Robinin dəfn edildiyi yerdə torpağa tapşırılacaq.

XS
SM
MD
LG