Accessibility links

Deb Haaland Daxili İşlər naziri vəzifəsinə təsdiq oldu


O, Nazirlər kabinetində yerli Amerika xalqlarını təmsil edən ilk kabinet naziri oldu

Bazar ertəsi Senat Nyu Meksika ştatının Konqres üzvü Deb Haalandı Daxili İşlər naziri vəzifəsinə təsdiqləyib. Bununla o, Nazirlər Kabinetində Amerikanın yerli xalqlarını təmil edən ilk nazir olacaq və təxminən iki əsrdir ölkənin qəbilələri üzərində nüfuz sahibi olan federal agentliyə rəhbərlik edəcək.

Haaland 51-40 səs üstünlüyü ilə təsdiqlənib.

Demokratlar və qəbilə qrupları Haalandın təsdiqini tarixi hadisə olaraq alqışlayıblar və bildiriblər ki, onun seçilməsi o deməkdir ki, ABŞ-ın yaranmasından əvvəl Şimali Amerikada yaşayan yerli xalqlar onların nümayəndəsinin ilk dəfə olaraq federal səviyyədə tanınan 600 qəbilə ilə bağlı qərarların verildiyi güclü nazirliyə rəhbərlik edəcəyini görəcək. Daxili İşlər nazirliyi, eyni zamanda, bir çox digər məsələlərə, o cümlədən dövlət torpaqlarında və sularında enerjinin inkişafı milli parklar və nəsli kəsilməkdə olan növlər də daxil olmalqa bir sıra məsələlərə nəzarət edir.

"Haalandın təsdiqlənməsi bu ölkənin bütün zənginliyi və müxtəlifliyini təmsil edən bir hökumət yaratmaq üçün irəliyə doğru atılan böyük bir addım deməkdir", Senatda əksəriyyətdə olan Demokratların lideri Çak Şumer bildirib. "Yerli amerikalılara qarşı uzun zamandır Nazirlər Kabineti və digər səviyyələrdə laqeyd ilk göstərilib', o əlavə edib.

Haalandın namizədliyi ölkə daxilində qəbilə icmaları tərəfindən yaxından izlənilib. Onun keçən ay təsdiqi ilə bağlı iki gün sürən dinləmələri izləmək üçün virtual olaraq yüzlərlə insan toplaşıb.

Tərəfdarları Albukerkeni təmsil edən iki müddətə seçilmiş Konqres nüsmayəndəsi olan Haalandın üzərində “Ata-babalarımızın xəyalları gerçəkləşir” yazısı ilə Vaşinqtonun mərkəzində Daxili İşlər nazirliyinin binasında fotoşəklini proyeksiyası ediblər.

Bir çox yerli amerikalı 60 yaşlı Haalandı onların səslərini eşitdirəcək, ətraf mühit və qəbilələrin hüquqlarını qoruyacaq biri olaraq görür. Onun seçimi Amerika hindiləri ilə bağlı ən yüksək qərarların verildyi federal agentliyə yerli xalqın nümayəndəsi olmayan, əsasən kişilərin rəhbərilk etdiyi təxminən iki əsrlik modelə son qoyur. Federal hökumət çox zaman qəbilələrin torpaqlarını almaq və bu yaxınlara qədər onları ağ mədəniyyətə assimilyasiya etmək üçün çalışırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG