Accessibility links

Haaqada bir neçə nəfər bıçaqlanıb


Hollandiya polisi cümə günü Haaqadakı alış-verişin gur olduğu küçədə bıçaqlanma nəticəsində bir neçə nəfərin yaralandığını bildirib.

Şəhər polisi hadisə yerində təcili xidmət dəstələrinin olduğunu deyib.

Haaqa polisi digər bir mesajında 45-50 yaşlarında bir adamın axtarıldığını və onun Şimali Afrika mənşəli insanlar haqda Holland terminindən istifadə etdiyini bildirib.

Polis həmin şəxsin boz rəngli idman paltarında və çiynində şal olduğunu deyib.

Sentyabr ayında da Dordrext şəhərində bir neçə insan odlu silahla vurularaq yaralanmışdı.

Dordrext şəhərinin meri Uoter Kolff özünün Twitter səhifəsindədə "çox ciddi silahlı insident" baş verdiyini yazmış və hadisə yerinə getdiyini bildirmişdi.

Polis təcili yardım dəstələrinin hadisə yerində gəldiklərini və hadisə ilə bağlı təhqiqat aparıldığını demişdi.

XS
SM
MD
LG