Accessibility links

Kafedə partlayışla bağlı “Azərtransservis”in təsisçisi saxlanılıb


Həbs

Bakının Binəqədi rayonunda kafedə baş verın partlayışla bağlı “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Əyyub Haqverdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Amerikanın Səsinə Bakı şəhər Prokurorluğundan bildiriblər.

Nayın 21-də Səhmdar Cəmiyyətin yerləşdiyi ərazidəki kafedə propan qaz balonu patlayıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam etdirilir.

Bakı şəhər Prokurorluğundan Amerikanın Səsinə cinayət işinin isitintaqının gedişi ilə bağlı ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

XS
SM
MD
LG