Accessibility links

Haşimi Rəfsəncani nüfuzlu dini qurumun rəhbəri vəzifəsindən istefa verib


Haşimi Rəfsəncani nüfuzlu dini qurumun rəhbəri vəzifəsindən istefa verib
Haşimi Rəfsəncani nüfuzlu dini qurumun rəhbəri vəzifəsindən istefa verib

Sabiq prezident ölkə müxalifətinə çox yaxın olduğuna görə sərt-xətt tərəfdarlarının tənqidinə məruz qalmışdı

İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncani nüfuzlu dini qurumun rəhbəri vəzifəsindən istefa verib.

Dövlət televiziyası bildirib ki, cənab Rəfsəncani 2007-ci ildən idarə etdiyi quruma namizədliyini verməkdən imtina edib. Sabiq prezident ölkə müxalifətinə çox yaxın olduğuna görə sərt-xətt tərəfdarlarının tənqidinə məruz qalmışdı.

Bu dəyişiklik İranın islahatçı qüvvələri üçün geriyə addım kimi qiymətləndirilir.

Dövlət televiziyası bildirib ki, Ayətulla Məhəmməd Rza Məhdavi Kani Ekspertlər Assambleyasının yeni rəhbəri seçilib. Bu assambleya İranın ali dini liderini seçir və onun fəaliyyətinə nəzarət edir.

XS
SM
MD
LG